Maraq dünyası
İtlər donmuş sahiblərini əhatəyə alıb onu isitmək istədi: bir həftə ac-susuz
Sverdlovsk vilayətində təqaüdçünün meyiti düz bir həftə evdə qalıb. Dünyasını dəyişən şəxsin evində altı itindən başqa heç kim olmayıb.
Publika.az xəbər verir ki, bu barədə "ura.ru" Heyvanları Mühafizə Fonduna istinadən xəbər yayıb.
İstilik sistemi olmayan və qazı kəsilən qadın öz evində soyuqdan donaraq ölüb. İtlər evdə yemək olmamasına baxmayaraq, sahibini isitməyə çalışıblar. Xeyli vaxt evdə ac qalan itlərin özləri də çox arıqlayıb. Xilasetmə işlərini aparan şəxslər belə deyib.
Hazırda itlər könüllülərin himayəsindədir. Onların sözlərinə görə, itlər insanlara qarşı aqressiv davranırlar. "Görünür, bu onların yaşadığı hadisə ilə bağlıdır".
Qeyd edək ki, buna bənzər digər bir hadisə bu yaxınlarda Kamçatkada baş vermişdi. Belə ki, itlər balıqçılıq və ovçuluq bazasının mühafizəçisini qəzəbli ayıdan xilas ediblər. Heyvan kişinin ayağını dişləyib, bundan sonra itlər yırtıcını qovub. Gözətçi xəstəxanaya yerləşdirilərək müalicə olunub.
Cəmilə
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi































