Maraq dünyası
Son məşq bitdi: Türkiyə ilk astronavtı kosmosa bu tarixdə göndərəcək
İlk türk astronavtı 9 yanvar 2024-cü ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və texnologiya naziri Fatih Kadzhir yerli televiziyanın efirində bildirib.
“Türkiyənin ilk kosmonavtı Alper Gezeravçı 2024-cü il yanvarın 9-da BKS-də kosmosa çıxacaq. Bu missiya Türkiyənin elmi və texnoloji potensialını nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Kosmosda 13 elmi təcrübə aparılacaq. Alper Gezeravçı artıq son məşqini yekunlaşdırıb və tezliklə uçuşdan əvvəl karantinə alınacaq”.
Nazir deyib ki, aprel ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BKS-ə uçuş üçün iki namizəd təqdim edib. Onlardan biri Alper , digəri isə "Roketsan"da mühəndis işləyən Tuva Cihangir Atasever olub.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Sənaye və Texnologiya naziri vəzifəsini icra edən Mustafa Varank, Türkiyə ilə Amerikanın "Axiom Space" şirkəti arasında ilk türk astronavtı BKS-ə göndərmək üçün müqavilə imzaladığını açıqlayıb.
Cəmilə
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi































