Maraq dünyası
Avrokomissiya “X" ilə bağlı araşdırmaya başladı
Avropa Komissiyası “X” sosial şəbəkəsinə (keçmiş Twitter) qarşı qeyri-leqal məzmunun silinməsi, şəffaflıq və dezinformasiya ilə mübarizə üzrə Avropa normalarının pozulması ittihamı ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton “X” sosial şəbəkəsində məlumat verib.
Breton yazıb: “Bu gün biz “X” şəbəkəsi əleyhinə pozuntuların aradan qaldırılması üzrə rəsmi prosedurları işə salmışıq. Şübhə yaradan məsələlər qeyri-leqal məzmunun və dezinformasiyanın silinməsi, şəffaflıqla bağlı öhdəliklərin pozulması, istifadəçilərdə çaşqınlıq yaradan istifadəçi interfeysinin işlənib hazırlanması ilə əlaqədardır”.
Bu, xüsusi olaraq messencerlərin və sosial şəbəkələrin məzmununu tənzimləyən Avropa Rəqəmsal Xidmətlər Aktı çərçivəsində həyata keçirilən ilk araşdırmadır. Aktın normalarına əsasən, “X” sosial şəbəkəsi ümumi mənfəətinin 6 faizi məbləğində cərimələnə bilər. Platforma Avropa Komissiyasının tələblərini yerinə yetirməkdən imtina edərsə, onun Avropa İttifaqı (Aİ) ölkələrində bloklanması qaçılmaz olacaq.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi































