Maraq dünyası
Əla motivasiya: bu şəhərdə arıqlayanlara pul veriləcək
Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Hayma şəhərinin səlahiyyətliləri sakinlərin arıqlaması üçün əla motivasiya tapıblar.
Publika.az xəbər verir ki, şəhərdə dekabrın 16-da başlayan arıqlama marafonu 2024-cü il martın 4-nə qədər davam edəcək (o vaxt Dünya Piylənmə Günü qeyd olunur).
12 həftə ərzində yerli sakinlər dörd kateqoriyada iştirak edə bilərlər. Maraqlıdır ki, onlardan ikisi uşaqlar və məktəb işçiləri üçün nəzərdə tutulub. Marafonda hər kəs iştirak edə bilər – fiziki və virtual.
Bu müddət ərzində arıqlamağı bacaranlar pul mükafatı alacaqlar. Məlumdur ki, fiziki kateqoriya üzrə ilk üç lider itirilən hər kiloqrama görə 300, 200 və 100 dirhəm mükafatlandırılacaq.
Virtual kateqoriya üzrə qaliblər pulsuz səyahət, ərzaq kuponları, idman zalı üzvlükləri və s. qazana bilər. Məktəblilər və təhsil müəssisələrindən olan iştirakçılar üçün ayrıca mükafatlar nəzərdə tutulub.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi































