Maraq dünyası
80 yaşlı cütlükdən 150 avroya taxta maska aldılar: Görün neçəyə satdılar
Fransadan olan yaşlı cütlüyün cəmi 150 avroya satdıqları nadir Afrika maskası yenidən satışa çıxarılıb. Özü də nə az, nə çox düz 4,2 milyon avroya. Çütlük bu xəbəri eşidəndə nadir Afrika maskasının satışını ləğv etmək üçün məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, onların iddiaları əsassız olduğundan, məhkəmə bu tələbi qəbul etməyib
Hadisə isə belə baş verib. 80 yaşlı cütlük 2021-ci ilin sentyabrında Fransanın cənubundakı evlərində onlara ulu əcdalarından miras qalan əntiq əşyaları satmaq qərarına gəliblər. Satışa bir xeyli əşya çıxaran yaşlılar taxta Afrika maskasını da satıblar. Həmin maska 150 avroya alınıb. Bir il sonra 2022-ci ilin martında ölkənin cənubundakı Monpelye şəhərində keçirilən hərracda həmin bu taxta Afrika maskası naməlum alıcıya 4,2 milyon avroya satılıb.
Hərrac mütəxəssisləri onu “XIX əsrin son dərəcə nadir maskası, Qabondakı Fang xalqının gizli cəmiyyətinin mülkiyyəti” kimi təsvir ediblər.
Yaşlı cütlük ilkin satışın ləğvi üçün dərhal məhkəməyə müraciət edib. Onlar həmçinin maskanı alan şəxsin onun “əsl dəyərini bildiyini” iddia ediblər. Lakin məhkəmə bu iddianı rədd edərək, cütlüyün maskanı satmazdan əvvəl düzgün qiymətləndirmə etmədiyini bildirib.
Cəmilə
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi































