Maraq dünyası
Yer Günəşə ən yaxın məsafədə olacaq: Tarix açıqlandı
Yanvarın 3-də Yer Günəşə ən yaxın məsafədə olacaq.
Bu tarixdə Günəş 2024-cü ildə ən maksimal diametrdə görünəcək, çünki Yer öz orbiti üzrə ona yaxın nöqtədə olacaq.
Publika.az xəbər verir ki, bu barədə Moskva Planetariumunun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Günəşin diski iyulun əvvəlində olduğundan 3% daha böyük görünəcək. Həmin gün planetlər arasındakı məsafə 147 098 988 km (0,983296 AU) olacaq.
Yer Günəş ətrafında elliptik orbit üzrə 29,765 km/s orta sürətlə hərəkət edir. Tam dairəni 365 gün, 6 saat, 9 dəqiqə, 10 saniyəyə başa vurur. Planetimizin orbitinin Günəşə ən yaxın olan nöqtəsi periheli adlanır və Yer yanvarda bu nöqtədən keçir. Həmin an bu kosmik cisimlər arasındakı məsafə azalır və 147 milyon km-dən bir qədər çox olur. Eyni zamanda, Yer Günəşdən ən uzaq orbit nöqtəsinə - afeliyə iyulun əvvəlində çatır. Həmin an onlar arasındakı məsafə 152 milyon km-dən çox olur.
“Günəşin diametri bucaq dərəcələri ilə ölçülür. Afeli və periheli anlarında Günəş diskinin diametrləri arasındakı fərq gözlə nəzərə çarpmır, çünki Günəş diskinin ölçüsündə dəyişiklik altı ay ərzində müntəzəm şəkildə baş verir. Ancaq onları müqayisə etsək, o zaman görərik ki, yanvarın 3-də o, 3% daha böyük görünür”, - deyə planetariumdan əlavə edilib.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ































