Maraq dünyası
Ayı kimi yatmağı öyrənin: həyatınızı xilas edəcəksiniz
Avropalı alimlərin araşdırmasına görə, ayı kimi yatmağı öyrənmək insanların həyatını xilas edə bilər.
Publika.az xəbər verir ki, İsveçin Örebro Universiteti Xəstəxanasında çalışan kardioloq Ole Frobert Almaniyanın Münhen Lüdviq Maksimilian Universitetinin alimləri ilə qış yuxusuna gedən ayıların bədənlərindəki dəyişiklikləri araşdırıb.
Tədqiqatçılar, qış yuxusundan oyanan ayılarda HSP47 adlı zülalın miqdarının azaldığını müəyyən ediblər. Qan laxtalarının əmələ gəlməsində iştirak edən hüceyrə hissələrinin səthindəki bu zülal qan hüceyrələrinin bir-birinə yapışmasını təmin edir.
Tədqiqatçılar onurğa beyni zədəsi olan xəstələrdə HSP47 zülalının aşağı səviyyəsini də müşahidə ediblər. Bu fərdlərdə qış yuxusuna gedən ayılar qədər qan laxtası yoxdur.
Frobert qış yuxusunun əslində enerji olduğunu müdafiə edərək bunun bir qoruma və müalicə forması olduğunu və ayıların ürək döyüntülərinin əhəmiyyətli dərəcədə yavaşlamasına səbəb olduğunu qeyd edir.
Kardioloq bu zülalın təsirini yaradacaq dərman üzərində çalışdıqlarını bildirib. 10 ildən sonra hazır olacağı gözlənilən yeni məhsul, bazarda mövcud olan anti-laxtalanma dərmanlarından daha az yan təsirə səbəb olacaq şəkildə hazırlanıb.
Qeyd edək ki, bu araşdırma üçün Tinel və Frobertin komandası İsveçdə helikopterlə ayıları izləyib, onların yuvalarını tapıb, heyvanları anesteziya edərək qan nümunələri götürüblər.
Cəmilə
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ































