Maraq dünyası
İnternetdə gördü, sınamaq üçün birini aldı: Nəticəyə özü də inanmır - FOTO
Türkiyədə internetdə gördüyü və heyran olduğu meyvələri evinin bağçasında tək fidanla yetişdirməyə başlayan bərbər indi 210 kvadratmetrlik istixanasında kütləvi istehsala başlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kaktus ailəsinə aid olan və "pitaya" kimi tanınan "əjdaha" meyvəsi istehsal edən Mehmet Kılıç bu işə bir tinglə hobbi olaraq başladığını bildirib
Cənubi Amerika bölgələrinin tropik meyvəsini öz həyətində yetişdirməyi bacaran Mehmet Kılıç mətbuata maraqlı açıqlama verib:
"Mənim peşəm bərbərlikdir. Bu meyvəni internetdə gördüm. 4-5 il əvvəl "bu iqlimdə bu meyvə yetişərmi" deyə düşünürdüm. Böyüyəcəyini bilmədiyim üçün kiçik ölçülü tinglər alıb sınadım. Evin bağçasında kiçik bir istixana tikdim.
Bir neçə il sonra tinglər meyvə verməyə başladı və bu meyvəni bələdiyyə sədrinin yanına apardım. Başçı da meyvənin burada yetişdiyini görüb çox sevindi, bizə hər sahədə dəstək olacağını söylədi. Açığı, maraqlandığım üçün dərhal qəbul etdim.
Bu meyvə adətən Tayvan, Sinqapur və Cənubi Amerika bölgəsindən gələn tropik meyvədir, lakin buradakı iqlimə çox yaxşı uyğunlaşıb. Üstəlik, bilmirəm buranın torpağındandır, yoxsa suyundan, amma deyirlər ki, öz vətənindən daha keyfiyyətli və dadlıdır"- deyə bərbər açıqlamasında qeyd edib.
Gülnar
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi














.jpg)






















