Maraq dünyası
Yeni kəşf: Türkiyədə 1570 metr yüksəklikdə tapıldı - FOTO
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində yeni bitki növü kəşf edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin bitki Konyada aşkar edilib.
Təbiəti gəzməyi sevən biologiya mütəxəssisi Fulya Öztaş, Necmettin Erbakan və Haydar Öztaş gördükləri bitkilərin şəklini çəkərək araşdırdıqlarını bildiriblər.
2021-2023-cü illər arasında Konyada bir dağlıq ərazidə ilk dəfə gördükləri bir çiçək üzərində araşdırma aparıblar.
Həmin bitki iri soğanaqlı, yastı yarpaqlı, qısa gövdəli, konusvari çiçəkli və uzun saplı çiçəkdən ibarət olub. Bitkidən nümunələr götürülüb. Laboratoriya araşdırmaları nəticəsində bunun elmə məlum olmayan bir bitki növü olduğu sübut edilib.
Elmə yeni bir bitki növünün gətirildiyini bildirən Prof. Dr. Fulya Öztaş belə bir açıqlama verib:
“Mayın sonunda Konya ətrafındakı yüksək dağların zirvələrində çiçək açır. Çox əzəmətli və gözəl görünüşü var. Bu çiçəyə 1570 metr hündürlükdə bir təpədə rast gəldik. Botanika alimləri ilə fikir mübadiləsi apardıq. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, bu yeni növdür”- deyə, mütəxəssis bildirib.
Gülnar
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı














.jpg)





_(1).jpg)










