Maraq dünyası
Qeyri-adi reklam: Bu evi al, döyüş təyyarəsinə sahib ol
İngiltərədə ev almaq istəyənlər qeyri-adi elanla rastlaşıblar.
Publika.az xəbər verir ki, Hempşirdəki evi satışa çıxaran təqaüdçü riyaziyyatçı, evi alana bağ bəzəyi olaraq aldığı döyüş təyyarəsini verəcəyini açıqlayıb.
O evini 3,95 milyon funt-sterlinqə satışa çıxarıb. Bu qiymətə 2015-ci ildə 100 min funt-sterlinqdən çox xərclədiyi Harrier II GR7 model təyyarəsi daxildir.
Təqaüdçü ömrü boyu bu döyüş təyyarəsinə həvəslə maraq göstərdiyini bildirərək, onu “bağ bəzəyi” kimi gördüyünü bildirib. "Mən “Harrier” reaktiv təyyarəsini bəyənən və onu pəncərənin önünə qoyan standart bir oğlanam. Hər kəsdən bir çox cəhətdən fərqlənmirəm. Sadəcə bunu bacardığım üçün şanslıyam. Pəncərənin qarşısına həqiqətən böyük bir şey qoyun”.
Hasarlanmış evin sahəsi təxminən 740 kvadratmetrdir. 4 sot torpaq sahəsi, gölməçəsi və 4 otaqlı köməkçi tikilisi də var. Əgər potensial alıcı təyyarəni istəməsə, Robinson deyir ki, ya özü üçün saxlayacaq, ya da muzeyə bağışlayacaq.
Aysel
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı














.jpg)





_(1).jpg)










