Maraq dünyası
Əkiz bacılar eyni anda uşaq dünyaya gətirdi
Avstraliyalı əkiz bacılar Nikol və Rene Bailli bir neçə dəqiqəlik fərqlə eyni doğum evində uşaq dünyaya gətiriblər.
Publika.az sfera.az-a istinadən bildirir ki, gənc analar yeni doğulan körpələr - Ruby və Zevian arasında çox ümumi cəhətlər olduğunu deyir.
Bacılar iki il əvvəl altı ay fərqlə ilk qızlarını dünyaya gətiriblər, lakin bu dəfə onların hamiləlik tarixləri cəmi iki həftə fərqlə olub.
"Biz eyni zamanda möcüzəvi şəkildə hamilə qaldıq, bu dəlilik idi" -deyə Nikol gülür.
Əvvəlcə Nikol doğuşa gedib. Bacısı uşaqlara baxmaq üçün onun evinə gəlsə də, Renenin də sancıları başlayıb. Narahat olan qadın onu doğum evinə aparmaq üçün sevgilisinə zəng edib.
"Hamımız güldük. Sadəcə inana bilmirdik. Mən var gücümlə uşağı maşında dünyaya gətirməməyə çalışdım. Xəstəxanaya girən kimi ayağa qalxdım, yoldaşımı tutdum və dedim: "Körpə gəlir, körpələr gəlir!".
Palatada doğuma hazırlaşan Nikol, dəhlizdə kiminsə yenicə uşaq dünyaya gətirdiyini eşidib. Qapıya boylananda məlum olub ki, bu, onun əkiz bacısı imiş.
Körpələr zahirən bir-birinə çox bənzəyir.
Nikol gülümsəyərək deyir: "Onlar da bizim kimi həyatları boyu ad günlərini birlikdə qeyd edəcəklər".
İndi Baillie bacıları körpələrini evə aparmağı səbirsizliklə gözləyirlər.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu











.jpg)
















_(1).jpg)








