Maraq dünyası
Günəşdə təhlükəli ləkələr aşkarlandı
Astrofiziklər tərəfindən Günəşdə nəhəng ləkələr yığıntısı aşkar edilib. Bu ləkələr güclü Günəş partlayışı təhlükəsi yarada bilər.
Publika.az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Spaceweather.com" portalı məlumat yayıb.
NASA-nın Marsda gəzən "Perseverance" aparatı AR3576 geniş gün ləkələri qrupunu ilk dəfə olaraq ötən həftə aşkarlayıb, "MASTCAM" kamerasının köməyi ilə onun şəklini çəkib. Bu ləkələr azı 150 min kilometr uzanır və dörd tünd nüvəyə malikdir, onların hər biri Yer kürəsindən böyükdür. Onları Günəş tutulmasını müşahidə etmək üçün istifadə olunan adi eynəklə görmək mümkündür.
Müşahidələr göstərir ki, AR3576 mürəkkəb maqnit strukturuna sahibdir. Qrupun mərkəzi hissəsində müsbət və mənfi qütblər o dərəcədə sıx yerləşib ki, güclü Günəş partlayışlarını törədə biləcək maqnitli güc xətlərinin qapanma təhlükəsi var.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO



























_(1).jpg)








