Maraq dünyası
Məşhur sənətşünas öldü: 2 milyard dollarlıq rəsm əsərləri Putinə qaldı
Sovet və rus yazıçısı, tarixçisi və sənətşünası Nina Moleva 99 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, o, fevralın 11-də dünyasını dəyişib. Nina Moleva Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının üzvü, tarix elmləri doktoru və sənət elmləri namizədi, professor olub. Nina Moleva rus rəssamları haqqında bir sıra monoqrafiyaların, rus və xarici incəsənət tarixinə dair tədqiqatların, qədim rus və qədim Moskva memarlığına dair kitabların müəllifidir.
Onun bəzi əsərləri Avropa dillərinə tərcümə edilib. Moleva iki milyard dollar dəyərində sənət əsərlərinə sahib olub. Əri, avanqard rəssam Elia Belutinanın ölümündən sonra ona 200-ə yaxın rəsm kolleksiyası miras qalıb. Onların arasında Mikelancelo, Rubens, Leonardo da Vinçi, Titian, Donatello, El Greco, Rembrandt, Velazquezin eskizləri və hazır işləri yer alıb.
Fransanın "Hotel Drouot" hərrac evinin mütəxəssisləri kolleksiyanın başlanğıc qiymətini 400 milyon dollar qiymətləndiriblər. Deyilənə görə, kolleksiyanın qiyməti iki milyard dollara çata bilər.
Kolleksiya elmi araşdırmalar üçün əlçatmaz olduğundan, rəsmlərin həqiqiliyini müəyyən etmək mümkün olmayıb. 2019-cu ildə Dövlət Tretyakov Qalereyasının rəssamlıq şöbəsinin müdiri Larisa Kaşuk öz "Facebook" səhifəsində qeyd edib ki, kolleksiyadakı bir çox əsərlər muzeylərdə nümayiş etdirilir.
Qeyd edək ki, 2013-cü ildə Nina Moleva kolleksiyasını Rusiyanın qanuni nümayəndəsi kimi prezident Vladimir Putinə vəsiyyət edib.
Cəmilə
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO



























_(1).jpg)








