Maraq dünyası
Ən etibarsız krossoverlərin - SİYAHISI
İngilis “What Car?” avtomobil jurnalı ən pis elektrik krossoverlərinin reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, ən problemlilər siyahısına “Audi Q8 e-tron”, “Jaguar I-Pace” və “Opel Mokka” daxildir.
İllik etibarlılıq araşdırması çərçivəsində 21 min sürücü arasında son iki ildə avtomobillərində qeydə alınan nasazlıqlar və problemlər, eləcə də təmirin dəyəri və vaxtı ilə bağlı sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən 32 brenddən 178 model haqqında məlumat toplamaq mümkün olub.
Tədqiqatın nəticələrinə görə ən az etibarlı krossover “Opel Mokka Electric” olub. Onun işində sürücülərin 40%-i akkumulyatorda, 27%-i media sistemində, 13%-i mühərrik, elektrik və sükan idarəetməsində problemlərdən şikayətləniblər.
“Jaguar I-Pace” də aşağı etibarlılıq nümayiş etdirib, avtomobil sahiblərinin 42%-i onunla bağlı problemlərdən şikayətləniblər. Eyni zamanda, nasazlıqların 58%-nin aradan qaldırılması bir həftədən çox vaxt aparıb ki, onlardan 35%-i evakuator olmadan servis mərkəzinə çatdırıla bilməyiblər.
Antireytinqə daxil edilən üçüncü model “Audi Q8” krossoverinin elektrikli versiyası olub. Sorğuda iştirak edən sahiblərin 40%-i onun nasazlıqlarından şikayətləniblər. Qeyd olunub ki, onun əsas problemi elektrik avadanlıqları və media sistemindədir.(Oxu.az)
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin223 Sentyabr 12:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı








































