Maraq dünyası
Orqanizmə daha çox xeyir verən məhsullar ən allergik olanlar imiş - SİYAHI
Qida allergiyası çox vaxt uşaqlıqda başlayır və həyat boyu davam edir. Bu, qusma, qaşınma, başgicəllənmə, öskürək, boğazda şişkinlik, nəfəs darlığı, astma tutması və s. müxtəlif simptomlarla müşahidə olunur.
Publika.az xəbər verir ki. bu barədə rusiyalı yüksək kateqoriyalı terapevt Svetlana Yakuşkina allergiya yaradan məhsullar barədə danışarkən bildirib.
Onun sözlərinə görə, ən təhlükəli allergik reaksiya anafilaktik şokdur (qan təzyiqinin düşməsi və huşun itirilməsi) - təcili tibbi müdaxilənin göstərilməməsi ölümlə nəticələnə bilər.
Allergen məhsullara gəlincə isə ekspert onların ağırlıq dərəcələrinə görə üç qrupa - güclü, orta və zəif təsir edənlərə bölündüyünü vurğulayıb.
“Ən güclü allergenlər bunlardır: inək südü və tərkibində 20-yə yaxın zülal olan süd məhsulları; balıq və dəniz məhsulları, yumurta”, - deyə mütəxəssis bildirib.
O, həmçinin qeyd edib ki, bəzi peyvəndlər toyuq zülalı əsasında hazırlanır və zülala qarşı allergiya varsa vaksinasiya zamanı həkimə xəbərdarlıq etmək lazımdır.
Həkim termik işlənmənin (bişmə) bəzi məhsulların allergenliyini azaltdığını vurğulayıb.
Güclü allergenlərə həmçinin qoz-fındıq, göbələk, bal, toyuq əti, sitrus meyvələri, üzüm, nar, tropik meyvələr, qırmızı giləmeyvə, çiyələk, moruq, sarı və qırmızı tərəvəzlər (yerkökü, pomidor, çuğundur), şokolad, qəhvə, kakao, taxıl məhsulları, xüsusən də buğda və çovdar (qlüten) aid edilib.
“İstənilən məhsul allergen ola bilər, lakin hər kəsdə allergiya olmur. Bədənin reaksiyası məhsulun allergenlik dərəcəsindən, immunitet sisteminin vəziyyətindən və irsi meyilindən asılıdır”, - deyə Yakuşkina qeyd edib.
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı

























_(1).jpg)








