Maraq dünyası
Yemək yeyərkən su içmək olarmı? - Həkimdən AÇIQLAMA
Bir çox insanlar yemək zamanı su, çay və digər içkilər içirlər.
Publika.az xəbər verir ki, həkim-naturopatik Janin Bourinq məsələ ilə bağlı bildirib ki, bunu etmək olmaz.
“Yemək zamanı maye içmək həzm fermentlərini durulaşdırır. Qidaları parçalamaq üçün fermentlərə ehtiyacımız var”, - deyə həkim qeyd edib.
Su, çay və digər mayeləri yeməkdən əvvəl və ya sonra qəbul etməyin daha yaxşı olduğunu deyən həkim, həddindən artıq yeməyin qarşısını almaq üçün yeməkdən əvvəl ilıq su içməyi məsləhət görüb:
“Bu üsul həzmi stimullaşdırmağa kömək edir. Stəkana bir az limon suyu əlavə etsəniz, effekti daha çox artacaq”.
Janin Bourinqin sözlərinə görə, yeməkdən sonra az miqdarda ilıq su və ya bitki çayı içmək həzmi asanlaşdırmağa, həmçinin bağırsaq hərəkətlərini stimullaşdırmağa kömək edə bilər.
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi



































