Maraq dünyası
Xəzinə axtaran zaman şahzadənin çox bahalı üzüyünü tapdı
Xəzinə ovçusu Lars Nielsen Danimarkanın Emmerlev bölgəsində axtarış aparan zaman olduqca bahalı qırmızı daşlı üzük tapıb.
Publika.az xəbər verir ki, elm adamları üzüyün mənşəyini öyrəniblər. Müəyyən olunub ki, o, 5-ci və ya 6-cı əsrlərə aiddir.
Danimarkanın "Via Ritzau" saytının məlumaatına görə, bu qiymətli tapıntı bir vaxtlar Fransanı idarə edən kral sülaləsi merovingiyalılarla sıx əlaqələri olan naməlum bir kral ailəsinə məxsus olub.
Danimarka Milli Muzeyinin kuratoru və arxeoloq Kirstin Pommergaard unikal üzüyün Merovinqlər sülaləsi ilə necə əlaqəli olduğunu müəyyən etdiklərini belə izah edib: "Qızıl Dairə təkcə Emmerlevdə kral sülaləsinin ehtimalını ortaya qoymur, həm də bu ərazini Dəmir dövründə Avropanın ən böyük güc mərkəzlərindən biri ilə əlaqələndirir. Qızıl üzük çox güman ki, Emmerlevdə şahzadənin qızına məxsus ola bilər".
Arxeoloqun fikrincə, bu dövrlərdə kral sülalələri öz övladlarının nikahını təşkil edərkən qızıl adətən diplomatik hədiyyə kimi istifadə olunurdu.
Cəmilə
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi



































