Maraq dünyası
Bəşər tarixinin ən güclü vulkan püskürməsi məlum oldu
Kobe Universitetinin yapon vulkanoloqları bəşər tarixində ən böyük vulkan püskürməsini müəyyən ediblər. Bunun 7300 il əvvəl Yaponiyanın qərb sahillərində baş vermiş Kikai-Akahoya sualtı partlayışı olduğu ortaya çıxıb.
Publika.az xəbər verir ki, tədqiqat “Journal of Volcanology and Geotermal Research” (JVGR) elmi nəşrində dərc olunub. Qeyd olunub ki, Kikay vulkanın son 14 min il ərzində üç dəfə böyük püskürməsi baş verib. Ən güclüsü sonuncu olub, bu zaman 1815-ci ildə İndoneziyadakı Tambora dağından iki dəfə çox daş və kül atılıb.
Yeni araşdırmada tədqiqatçılar vulkanın ətrafındakı dərinliyinin ətraflı xəritəsini yaratmaq üçün seysmik məlumatlar toplayıblar. Xəritədə geniş sualtı çöküntülər aşkar edilib, komanda uzaqdan idarə olunan robotdan istifadə edərək bir neçə yerdən çöküntü nüvələrini nümunə götürüb.
Kikai-Akahoya püskürməsi miqyasına görə eradan əvvəlki püskürmədən sonra ikincidir. Məsələn, 74 min il əvvəl Sumatrada Toba supervulkanının partlaması zamanı 5000 kub kilometr maqma atılıb.
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































