Maraq dünyası
Günəş sistemində yeni planet kəşf oluna bilər
ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun astronomları Günəş sisteminin ehtimal edilən Doqquzuncu Planetinin axtarışlarını sürətləndiriblər. Bu, həm də Planet X kimi tanınır.
Publika.az xəbər verir ki, bu barədə "LiveScience" portalı məlumat yayıb.
Ulduz sistemimizdə başqa bir planetin olması ilə bağlı fərziyyə Kuiper qurşağında (Neptunun orbitindən kənarda yerləşən böyük asteroid və kometa sahəsi) qəribə və əyri orbitlərə malik bir sıra obyektlərin aşkarlanmasından sonra yaranıb.
Təhlil göstərib ki, belə trayektoriyaları yalnız Yerdən yeddi dəfə böyük olan nəhəng planetin cazibə qüvvəsi ilə izah etmək olar. Planet X həqiqətən mövcuddursa, o zaman Dünyanın yerini tutaraq Günəş sistemində beşinci ən böyük planetə çevrilməlidir.
İlkin hesablamalara görə, Doqquzuncu Planet Günəşdən 500-600 astronomik vahid məsafədə, yəni bizim ulduzumuzdan Yerdən 500-600 dəfə uzaqda yerləşir.
Astronomlar Planet X-in yerləşəcəyi ehtimal edilən bölgənin 78%-ni təhlil ediblər, lakin heç nə tapmayıblar. Fəzanın qalan hissəsi Havaydakı Pan-STARRS rəsədxanasının imkanları xaricindədir. Alimlərin fikrincə, onlar bir neçə il ərzində Doqquzuncu Planeti tapmağı planlaşdırırlar.
Aytən
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































