Maraq dünyası
Yeni araşdırma: Dünyanın ən ağır heyvanı bu deyilmiş
Alimlər bir vaxtlar bütün zamanların ən ağır heyvanı hesab edilən 40 milyon illik balina fosilinin indi mavi balinadan daha yüngül olduğunu aşkar ediblər.
Publika.az xəbər verir ki, araşdırma "PeerJ" jurnalında dərc edilib.
Çox sıx sümüklərə sahib olduğu düşünülən 17 metrlik nəhəng balinanın 340 metrik ton ağırlığında olduğu bildirilirdi. Bu, üst-üstə yığılmış 150 avtomobilə bərabər hesab olunur. "Perucetus colossus" kimi tanınan balinanın fosilləşmiş skeletinin əvvəllər yer üzündə yaşamış ən ağır heyvan olduğu deyilirdi.
Lakin ABŞ alimləri indi onun çəkisini azaldıblar və deyirlər ki, əgər o, əvvəllər proqnozlaşdırıldığı qədər çəkisi olsaydı, sağ qala və hətta üzə bilməzdi.
Alimlərin yeni araşdırmasına görə, onun çəkisi mavi balinanın çəkisinin yarısı qədər olub.
Tədqiqatçılar indi 17 metr uzunluğundakı “Perucetus colossusunun” əslində 60-70 ton ağırlığında olduğunu təxmin edirlər.
20 metrə qədər böyüyən “Perucetus”un çəkisi yeni hesablamalara görə 110 tondan çox ola bilər, lakin bu, ən böyük mavi balinaların (270 tondan çox) çəkisindən xeyli aşağıdır.
Cəmilə
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu





































