Maraq dünyası
Hər kəsin görmək istədiyi yer: "Cənnət Qapısı" - FOTO
Unikal mənzərələrdən və təbii gözəlliklərdən həzz almaq istəyənlər bu yerə üz tuturlar.
Publika.az xəbər verir ki, Çinin Hunan əyalətində yerləşən təbiət möcüzəsi sayılan Tianmen dağı "Cənnət Qapısı" kimi tanınır.
Sıldırım qayalara və bənzərsiz mənzərələrə ev sahibliyi edən bu dağ təbii gözəllikləri ilə bütün dünyada məşhurdur.

Hündürlüyü və gözoxşayan mənzərələri ilə ziyarətçiləri valeh edən bu unikal yer həm təbiətsevərlər, həm də kəşfiyyat həvəskarları üçün ən diqqətçəkən məkanlardan biridir.

Saysız-hesabsız turistə ev sahibliyi edən bu dağda fərqli macəralar yaşaya, yeni təcrübələr qazana bilərsiniz.
Dağın zirvəsinə çatmaq üçün uzun yol qət etmək lazımdır. Zirvəyə çıxmaq üçün 999 pilləkən qalxmalısınız.
Lakin çinlilər bura gələn ziyarətçilərin işini asanlaşdırmağı unutmayıblar.
Pilləkənləri qalxmaq istəməyənlər kanat sistemi ilə dağın zirvəsinə çıxa bilərlər. Uzunluğu 7 kilometr olan kanat yolu ilə getmək 30 dəqiqə çəkir. Uzun səyahətdən sonra 1400 metr yüksəklikdə möhtəşəm mənzərə sizi qarşılayacaq.
Gülnar

-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu





































