Maraq dünyası
47 ildir qolu bükülməyən muxtar: Belə şeylər mənə yaraşmır
Türkiyənin Ərzurum bölgəsinin Ömər Nasuhi Bilmen mahalının muxtarı 47 ildir dəyişmir.
Publika.az xəbər verir ki, 1977-ci ildən bəri bütünmuxtar seçkilərini qazanan Tahir Sağsöz indiyə qədər 7 bələdiyyə başçısı görüb. Sağsözün bu vəzifəyə başlamasından düz 15 il sonra Ərzurum 2 sentyabr 1993-cü il tarixli 504 saylı fərmanla böyük şəhər statusu alıb.
Sağsöz 31 mart seçkilərində 14 rəqiblə yarışacaq. Onun ən böyük arzusu yarım əsri başa vurmaqdır: "Nəvələrim desinlər ki, babamız 50 il muxtarlıq edib. Bu il seçilsəm, 50 ilim tamam olacaq". Digər arzusu isə yaşadığı məhəllədə onun adını daşıyan küçənin olmasıdır.

11-ci dəfə seçilmək istəyən Sağsöz vətəndaşların problemləri ilə məşğul olur:
"Hər adam muxtar ola bilməz, hər adam idarəçi ola bilməz, bu da bir idarədir. Muxtar bütün məhəlləni tanıyır, ehtiyac sahibinin və yoxsulun yanındadır. O, məhəllədə dövləti, dövlətdə məhəlləni təmsil edir. Muxtar ata deməkdir”.
Maraqlıdır ki, Sagsöz seçkilərlə bağlı təbliğat kampaniyası da aparmır. Deyir ki, belə kampaniya aparmaq mənə yaraşmaz. "Mənim heç bir seçki fotoşəkilim və ya afişam yoxdur. Başqa muxtarlar öz posterlərini divarlara, küçələrə, qapılara yapışdırırlar. Bundan sonra belə şeylər mənə yaraşmır. Neçə illərdir muxtar olmuşam. Xalqın qəlbində taxt olsa, xoşbəxt olardım”.
Roza
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)


















