Maraq dünyası
Darıxdığınız zaman bürcünüzə görə nə edə bilərsiz? - Tövsiyələr
Astroloqlar bürclərin darıxdığı zaman boş vaxtlarını hansı sahələrdə daha səmərəli istifadə edə biləcəyini müəyyənləşdirib.
Publika.az bürclərin darıxmamaq üçün hansı sahələrdə daha yaxşı vaxt keçirə biləcəyini təqdim edir:
Qoçlar daim yenilikçi və dəyişkənlik axtaran ruha sahib olduqları üçün tez darıxa bilir. Belə hallarda həmin bürc sahibləri yeni idman növünə başlamalı və ya hər hansı musiqi alətində ifa etməyi öyrənməlidir. Başqa bir tövsiyə rəqs və ya sevimli mahnını oxumaq ola bilər.
Buğalar sıxıldığı zaman sınamadığı reseptlə yemək hazırlamalıdır. Digər bir seçim kitab oxumaq və ya rəsm çəkmək ola bilər.
Əkizlər üçün ən optimal variant rahatlaşdırıcı vanna qəbul etmək, 90-cı illərin musiqilərinə qulaq asmaq və ya telefonda dostu ilə danışmaqdır.
Xərçəngləri dəniz, hovuz kimi məkanlar sakitləşdirə, əyləndirə bilər. Qayğıkeş olduqları üçün boş vaxtlarında enerjilərini ev heyvanı sahiblənərək, ona baxmaqla sərf edə bilərlər.
Şir bürcləri sıxıldığı zaman gün vannası qəbul edə və ya parka gedib təmiz hava alaraq səmərəli vaxt keçirə bilərlər. Rəsm çəkmək, otağı, divarı rəngləməklə də başlarını qatmaq üçün onlara müsbət təsir edir.
Qızlar üçün təmizlik ən yaxşı üsuldur ki, onları nəinki boş vaxtlarda, hətta daima sıxıntıdan xilas edir. Astoroloqlar hər zaman tövsiyə edir ki, əliniz çatan hər yeri təmizləyin, kitab oxuyun, kitab mağazasına gedin. Bu məşğuliyyətlər Qız bürclərini həmişə sıxıntıdan qurtarır.
Tərəzilər baxımlı olmaqları ilə seçilirlər. Astroloqların sıxılan bir Tərəzi bürcünə uyğun gördüyü məsləhət budur ki, makiyaj edin, saçınızı düzəldin, uzun müddət geyinmədiyiniz paltarları geyinin. Beləliklə dünyanın xoşbəxti ola bilər, sıxıntıdan azad olarsınız.
Əqrəb daim hər şeyi öyrənmək, araşdırmaq istəyir, alınmadıqda isə məyus olurlar. Ona görə də bu bürcün nümayəndələri onları maraqlandıran hər hansı bir mövzunu araşdırmaqdan vazkeçməsinlər.
Oxatanı gərgin iş rejimi, insan çoxluğu, şəhərin səs-küyü onları həddən artıq çox sıxa, bezdirə bilər. Onlar üçün təklik ən yaxşı seçimdir. Şəhər ərazisindən uzaqlaşıb, havası təmiz, sakit olan bir meşə və ya kəndə üz tuta bilərlər. Bu vəziyyət onlara normala dönməyə və sıxıntıdan xilas olmağa kömək edəcək.
Oğlaq üçün sıfırdan bir işə başlamaq, nəyisə məhv edib, yenidən hazırlamaq ən yaxşı məşğuliyyətdir. Çünki əl atdığı sahələrdə daha yaxşı nəticələr əldə etməyə mahirdir. Bundan əlavə, toxuma, hörgü kimi işlər də oğlaqların sevimli məşğuliyyəti sayılır.
Dolçalar üçün sıxılmaq demək olar ki, qeyri-mümkündür. Ancaq bəzən istisnalar baş verir. Alternativ olaraq, radio dinləyib, təsadüfi olaraq hər hansı məkana getməklə də can sıxıntısından yaxa qurtarmaq mümkündür.
Balıqlar xəyal dünyasında yaşadığı üçün bəzən həyatda baş verən hadisələr onları məyus edə bilər. Ancaq sıxılmaq onların dünyasına yad olan bir hadisədir. Belə bir vəziyyətlə qarşılaşan balıqlar özlərinin xəyal dünyasına qayıdaraq, istək və arzularını beyinlərində canlandıra bilərlər. Bu, onları hər zaman daha enerjili və gümrah olmağa vadar edəcək.(Yenisabah.az)
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika13 May 16:57İlham Əliyev fərman imzaladı














.jpg)











.jpg)







.jpg)

