Maraq dünyası
Alimlərdən şok təklif - Piton əti...
Avstraliya, Böyük Britaniya, Vyetnam və Cənubi Afrikadan olan bir qrup alim dünyanın ən böyük pitonlarının yeyilməsini təklif ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.
Tədqiqatçılar Tayland və Vyetnamdakı fermalarda torlu və tünd pələng pitonlarının çoxalmasını 12 ay ərzində izləyiblər. Onlar müəyən ediblər ki, bu şəkildə istehsal olunan ətin daha çox yayılmış mal və ya donuz əti ilə müqayisədə bir çox üstünlüyü var.
Dünyanın ən böyük sürünənləri hesab olunan bu ilanların sürətlə böyüdüyü və aylarca ac qaldıqdan sonra arıqlamadığı qeyd olunub. Eyni zamanda, hər kiloqram piton əti üçün cəmi 1,2 kiloqram yem xərclənməli olub. Müqayisə üçün qeyd edək ki, toyuq və digər quş ətlərinin hər kiloqramına 2,8 kiloqram yem, donuz ətinin kiloqramına 6 kiloqram yem, mal ətinin kiloqramına isə 10 kiloqram yem xərclənir.
Tədqiqatın nəticələri "Scientific Reports" elmi jurnalında dərc olunub.
Torlu pitonlar dünyanın ən böyük ilanları hesab olunur. Onların uzunluğu yeddi metrdən çox ola bilər. Tünd pələng pitonlarının uzunluğu adətən 3,7 metrə qədər uzanır.
Aytən
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu












.png)
.jpg)
.png)



















