Maraq dünyası
Dünyanı heyrətə salan anakonda öldürülüb - VİDEO
“Ana Culiya” ləqəbli səkkiz metrlik anakonda Amazon cəngəlliyində ölü tapılıb.
Publika.az xəbər verir ki, onun sağlığında çəkilmiş görüntülər bir neçə həftə əvvəl bütün dünyaya yayılmışdı. Bu barədə “Daily Mail” məlumat yayıb.
Anakonda 7,9 metr uzunluğunda idi və dünyanın ən uzun ilanlarından biri idi. Kəşf haqqında ekspedisiyanın iştirakçılarından biri olan niderlandlı alim Frik Vonk məlumat vermişdi. Martın əvvəlində yayımlanan videoda “Ana Culiya” ilə üzən odur.
Vonk sosial şəbəkədə “Ana Culiya”nın indiyə qədər gördüyü ən böyük ilan olduğunu yazıb. Onun sözlərinə görə, anakonda insanlar tərəfindən öldürülüb:
“Ürəyimdəki ağrı ilə sizə bildirmək istəyirəm ki, üzdüyüm nəhəng anakonda çayda ölü tapılıb. Mən müxtəlif mənbələrdən onun güllələndiyini eşitdim, baxmayaraq ki, hələlik ölüm səbəbi ilə bağlı rəsmi təsdiq yoxdur. Eyni zamanda çox kədərli və qəzəbliyəm”.
Tural
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu












.png)
.jpg)
.png)



















