Maraq dünyası
278 manatlıq “kasıb” yeməyi verilən bölgə - VİDEO
“Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.
Publika.az xəbər verir ki, bu dəfə Fransanın cənubunda yerləşən, Şərqdən Alp dağları, cənubdan Aralıq dənizi ilə əhatələnən, insanları, həyat tərzi, yeməkləri, məşhur lavanda çölləri və özünəməxsus evləri ilə seçilən Provans bölgəsindən bəhs olunub.
Provans əhalisi sakit, rahat, üzügülərdir. Bəlkə də, bu yedikləri yeməklərdən də asıldır. Aralıq dənizi hövzəsindəki balıqlarla qidalananda hər halda əsəblər də gərilmir. Yerli əhalinin yemək rasionu balıqdan, dəniz məhsullarından, meyvə-tərəvəzdən və zeytun yağından ibarətdir.
Provansda milli yemək hazırlamaq üçün iki vacib şərt var - təzə məhsullar və tərkibi mürəkkəb olan souslar. Amma Marseldə bir xörək var ki, bu, bütün yeməklərdən daha məşhurdur. Bu, marselsayağı balıq şorbasıdır. Adı isə “Buyabes”dir.
Bu şorbanı hər bir evdə, hər bir restoranda bişirirlər. Bir porsiyasının qiyməti isə 50-150 avro (92-278 manat) arasındadır. Deyilənlərə görə, “Buyabes” əvvəllər kasıb balıqçı təamı olub. Daha sonra şöhrət tapıb. İndi isə necə deyərlər, xan, bəy yeməyidir. Tərkibində beş cür balıq olur. Onu evdə hazırlayanda 10 avro xərclənir, restoranlarda isə bahadır.
Səbəbi odur ki, restoranda “Buyabes”i onillərdir dəyişməyən eksklüziv hazırlanma qaydası ilə bişirirlər.
Qeyd edək ki, burada puldan danışan insanlara pis baxırlar.
Ətraflı "Baku" TV-nin süjetində:
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)
























