Maraq dünyası
60 gün yataraq 18 min avro qazanmaq şansı
Almaniyada elmi araşdırma üçün 60 gün yataqda qalmağı qəbul edən şəxslər axtarılır.
Publika.az xəbər verir ki, Alman Aerokosmik Mərkəzi tərəfindən aparılacaq araşdırma, Aya və ya Marsa gələcək mümkün səfərlərə hazırlaşmaq məqsədi daşıyır.
Kölndə aparılacaq araşdırmada cazibə qüvvəsi olmayan bir mühitdə uzun müddətli səyahətin insan orqanizminə mənfi təsirləri araşdırılacaq.
Könüllülərin 60 gün yatacaqları çarpayının baş tərəfi 6 dərəcə əyilmiş vəziyyətdədir. Başqa sözlə, onlar ayaqları başlarından daha hündür vəziyyətdə yatacaq.
Araşdırmanın direktoru Edvin Molder bu vəziyyətdə bədəndəki mayelərin, demək olar ki, kosmosdakı astronavtlarla eyni formada yer dəyişdiyini bildirib:
"Qravitasiya olmadan bədənin yuxarı hissəsinə daha çox maye toplaşır. Hərəkətsizlikdən başda təzyiq artır, sümük və əzələlər zəifləyir, tarazlıq hissi pozulur və qan dövranı sistemi dəyişir".
O vurğulayıb ki, bədəndəki bu dəyişikliklər Aya və ya Marsa endikdən sonra astronavtlar üçün əhəmiyyətli bir problemdir və bütün missiyanı təhlükə altında qoya bilər.
Yataq araşdırmalarının 1980-ci illərdən bəri aparıldığı və bu günə qədər kosmos sahəsinə əhəmiyyətli töhfələr verdiyi bildirilib. Sentyabr ayında Kölndə başlaması planlaşdırılan araşdırmaya qatılacaq könüllülərə 18 min avro veriləcək.
Araşdırmanın direktoru bunun asan qazanılan pul olmadığını vurğulayıb: “İki ay fasiləsiz şəkildə bu vəziyyətdə qalmaq əsl sınaqdır”.
Qeyd edək ki, tədqiqat ümumilikdə 88 gün davam edəcək və bunun 60 günü yataqda keçəcək.
Könüllülər 24-55 yaş qrupunda olmalıdırlar. Onlardan 153-190 santimetr boya və 18-30 arasında bədən kütlə indeksinə (BMI) sahib olmaq tələb olunur.
Sağlam olmaq, siqaret çəkməmək və alman dilini yaxşı bilmək də tələb olunan keyfiyyətlər arasındadır.
Ləman
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar

















.jpg)




















