Maraq dünyası
Həftədə iki dəfə içindən sərvət toplanan fəvvarə: Bura gələn insanlar... - FOTO
İtaliyanın ən gözəl şəhəri olan Romada yerləşən və “Aşiqlər fəvvarəsi” kimi tanınan “Trevi fəvvarəsi”nə hər il təxminən 1,5 milyon avro atılır. İnanca görə bura gələn insanların bütün arzuları həyata keçir.
Publika.az xarici mediaya istinadən fəvvarənin tarixi və özəlliyi haqqında oxuculara məlumat verir.
Məlumata görə, fəvvarə 18-ci əsrdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə inşa edilib.
Rəvayət olunur ki, döyüş vaxtı bir qrup əsgər günlərlə susuz qalıb. Yorulmuş və susuz qalan əsgərlər su axtararkən gözəl bir qızla rastlaşıb və ondan su istəyiblər. Qız onlara quru bir ərazini göstərib və orada suyun olduğunu bildirib. Əsgərlər qızın sözünə inanmasalar da, həmin yeri qazır və su tapırlar. Avqustun kürəkəni bu suyu boru vasitəsi ilə Panteona aparır.

Bu fəvvarəni bu qədər məşhur edən isə arzuları yerinə yetirməsidir. Bunun üçün fəvvarəyə baş çəkən insanlar arzu diləyir və ora pul atırlar.
Arzularının həyata keçəcəyinə inana insanlar kürəyini fəvvarəyə tərəf döndərir və sevgi ilə bağlı istəklərini söyləyir və bir sikkə atırlar.

Bunun üçün 3 dəfə sağ əlinizdəki pulu eyni dərəcədə sol çiyninizə atmağınız vacibdir.
Fəvvarəyə atılan hər atışın fərqli mənası var. Birinci atış sikkəni atan adamın yenidən Romaya gələcəyini, ikinci atış onun İtaliyada kiməsə aşiq olacağını, son atış isə aşiq olduğu adamla evlənəcəyini bildirir.

Hər il atılan pul təxminən 1,5 milyon avro təşkil edir.
Bələdiyyə yığılan pulu Romanın mədəni sərvətlərini qorumaq üçün istifadə etmək istəsə də, lakin əvvəlki sərəncama görə vəsait aşxanalara və sosial yardım təşkilatlarına paylanılır. Yəni pulu xeyriyyə fondu xərcləyir.
.jpg)
Həftədə iki dəfə işçilər buradan pul yığırlar. Bunun üçün fəvvarənin suyu ayda iki dəfə tamamilə boşaldılır və təmizlənir. İçərisində olan sərvətlərə görə hüquq-mühafizə orqanları tərəfindən daim qorunan “Aşiqlər fəvvarəsi”nə nəinki girmək, suya əlinizi salamaq belə qadağandır.
Gülnar
-
MDB21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı
-
Ekopublika.az20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi



















.jpg)






.jpg)









