Maraq dünyası
“Arabica”nın planetdə nə vaxt peyda olduğu aşkarlandı: İlk dəfə bu ölkədə dəmlənib
Dünyanın müxtəlif yerlərindəki qəhvə bitkilərinin genlərindən istifadə edərək, elm adamları “Coffea arabica” və ya qəhvə həvəskarları tərəfindən sadəcə olaraq "Arabica" kimi tanınan dünyanın ən məşhur qəhvə çeşidinin şəcərəsini tərtib ediblər.
Publkika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Tədqiqatçılar bu növün təxminən 600.000 il əvvəl digər iki növ qəhvənin təbii kəsişməsi nəticəsində ortaya çıxdığını aşkar ediblər.
Buffalo Universitetinin bioloqu Viktor Albert bildirib ki, proses insan müdaxiləsi olmadan baş verib.
Bu yabanı qəhvə bitkilərinin vətəni Efiopiyadır, lakin 1400-cü illərdən başlayaraq ilk növbədə Yəməndə qovurulduğu və dəmləndiyi düşünülür. 1600-cü illərdə hindistanlı rahib Baba Budanın Yəməndən gizlicə yeddi çiy qəhvə dənəsini gətirdiyi güman edilir ki, bu da qəhvənin qlobalı şəkildə yayılmasını təmin edib.
“Arabica” qəhvəsi hazırda qlobal qəhvə bazarının 60-70%-ni təşkil edir və “Starbucks”, “Tim Horton's”, “Dunkin” kimi brendlər tərəfindən istehsal olunur. Qəhvə bazarının qalan faizini “Arabica” növlərindən biri olan “Coffea canephora”dan hazırlanan daha güclü və acı qəhvə olan robusta tutur.
Tural
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı



















.jpg)





















