Maraq dünyası
İtdiyi zənn edilən itin bu hərəkəti hər kəsi heyran qoydu - Mükafat verdilər
Türkiyənin Ərzurum rayonunda itdiyi güman edilən Kral adlı çoban iti tapılıb.
Publika.az xəbər verir ki, Kaya ailəsinə məxsus min baş qoyun sürüsü 3200 metr hündürlükdəki Sünnet yaylasında otarıldıqdan sonra axşam saatlarında yenidən tövləyə gətirilib. Çobanlar sürüdəki 8 itdən biri olan Kral ilə 1 hamilə qoyunun itdiyini fərq ediblər.
İki gün sonra həmin ərazidə sürüləri otaran çobanlar Kralı itmiş qoyun və yeni doğulmuş quzu ilə birgə tapıblar.
Sürünün sahibi Ferit Kaya Krala dana budu hədiyyə edərək onu mükafatlandırdığını bildirib.
Çobanlardan Azat Miroğlu Kralın sədaqətinə heyran qaldıqlarını bildirib: “Kral 2 gün gəlmədi. İki gün sonra yenidən yaylağa gedəndə onu qoyun və quzu ilə gördük. Kral balalamaq üçün sürüdən geri qalan qoyunun yanında qalıb. İki gün ac-susuz olsa da, onları qoruyub, bizi görəndən sonra isə yuxuya getdi”.



-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































