Maraq dünyası
Qərb Orta Asiyada niyə möhkəmlənir? - Təhlükəli məqamlar
Qərb hər vasitə ilə, xüsusən də MDB ölkələrinin rəhbərliyinə təzyiq yolu ilə Mərkəzi Asiyada möhkəmlənmək və regiona təsir etmək istəyirlər.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bişkekdə keçirilən iclası zamanı bildirib.
“Biz anqlo-saksonların Əfqanıstandakı vəziyyətə təsir etmək üçün davamlı cəhdlərini görürük. Bu, onların bütün regiona təsir etmək üçün nəyin bahasına olursa-olsun bu platformadan istifadə etmək niyyətlərini izah edir”, - Bortnikov vurğulayıb.
Onun sözlərinə görə, Qərb bu məqsədə çatmaq üçün istənilən vasitədən istifadə edirlər. Məsələn, Suriya-İraq və Əfqanıstan-Pakistan zonalarında daimi hərbi qulluqçuların rotasiyası, həmçinin birliyin cənub sərhədlərində yeni döyüş təlim düşərgələri bu vasitələrə aiddir.
“Bura müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın müxtəlif formatlarının tətbiqi, eləcə də MDB dövlətlərinin rəhbərliyinə siyasi və iqtisadi təzyiqlər də daxildir”, - Rusiya FTX-nin direktoru qeyd edib.
Adəm Abbaslı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































