Maraq dünyası
2,5 milyonu var: Niyə hələ də fəhlə işləyir?
Londonlu gənc milyonçudur, amma yenə də supermarketdə işləməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" yazır.
23 yaşlı Ayobami Akejunun ümumi dəyəri 1,2 milyon funt sterlinq (təxminən 2,5 milyon manat) dəyərində on mülkü olsa da, yenə də həftənin 5 günü "Sainsbury's" mağazasında fəhlə işləyir. Özəl investorlarla əməkdaşlıq edərək daşınmaz əmlak əməliyyatlarından pul qazanan Akeju mülklərinin doqquzunu ötən il alıb.
Akeju izah edir ki, 20 yaşında olarkən on illik plan qurub. "Mən özümü heç nə ilə korlamıram, çox təvazökar yaşayıram və çox intizamlıyam" deyən Akejuya görə, işdən çıxsa, müdirləri üçün darıxacaq.
“Buna nail olmaq çox çətin idi, amma dözdüm. Gördüyüm hər işi, nə qədər çətin olsa da, kövrələrək xatırlayıram”, deyə Akeju etiraf edib.
O, ilk addımını 2021-ci ildə atıb. Sonra iki supermarketdə işləyib, evdə xəstələrə qulluq edib və "Amazonda gecə növbələrində çalışıb. Akeju ardıcıl üç gün yuxusuz qalmağı bacaran biri olb. Bu isə onun sağlamlığına mənfi təsir göstərib.
Nailiyyətlərinə baxmayaraq, hələ çox hədəflərinin olduğunu bildirib. Akeju hesab edir ki, nə qədər gəncdir, heç bir işdən yayınmamalıdır. O, gələcəkdə etdikləri ilə fəxr etməyi istisna etmir: "Mənim həyatdan rahat həzz ala biləcəyim vaxt gələcək, amma o vaxt hələ gəlməyib."
Adəm

-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































