Maraq dünyası
Türkiyə həyəcanla gözləmədə: İyul ayına qədər hər gün olacaq - FOTO
Türkiyənin Ərdahan rayonunda yerləşən dağların ətəyində bir təpənin kölgəsinin yaratdığı Atatürk silueti bu il də görünməyə başlayıb.
Publika.az xəbər verir ki, insanlar bu silueti görmək üçün Damal qəsəbəsində yerləşən bu dağın yanına gəlməyə başlayıblar. Əraziyə gələnlər anı əbədiləşdirmək üçün müşahidə meydançasına çıxaraq foto və video çəkdiriblər.
Silueti izləməyə gələnlərdən Soner Doğan adlı vətəndaş bildirib ki, bu təbiət hadisəsini hər kəs izləməlidir: “Hər kəsə tövsiyə edirəm. Bunu canlı-canlı izləmək çox gözəl hissdir”. Siluet iyulun sonlarınadək saat 17:50-18:10 radələrində görünəcək.
Qeyd edək ki, Atatürk silueti ilk dəfə 1954-cü ildə Yukarı Gündeş kəndində çoban olan Adıgüzel Kırmızıgül tərəfindən kəşf edilib.
Roza Şəfiyeva
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı





































