Maraq dünyası
İncildə təsvir olunan hərbi düşərgələr aşkar edildi
Laçiş və Qüds mühasirəsində göstərdiyi şücaətləri İbranicə İncildə təfərrüatlı şəkildə təsvir olunan Assuriya kralı Sennaxeribin istifadə etdiyi hərbi düşərgələr aşkar edilib.
Publika.az xəbər verir ki, Londondakı Britaniya Muzeyində Laçişin mühasirəsini əks etdirən relyef var və orada Assuriya düşərgəsi göstərilir. Alim Stiven Kompton relyefi Laçişin 20-ci əsrin əvvəlindən ortalarına aid fotoşəkilləri ilə müqayisə edib.
O, Assur düşərgəsi ola biləcəyinə inandığı Laçişin şimalında divarları olan oval formalı bir quruluş kəşf edib. Qeyd olunub ki, Assuriya düşərgələri oval formada olurlar. Düşərgənin təklif olunan yerinin ərəbcə adı "Xirbət əl Mudavvara"dır və orta əsrlərdə "mudavvara" sözü sultanın hərbi düşərgə qurduğu yer mənasını verə bilər. Bu, onu deməyə əsas verir ki, sonrakı dövrlərdə həmin ərazidə yaşayan insanlar qədim assuriyalıların buradan düşərgə kimi istifadə etdiklərini biliblər. Bundan əlavə, 20-ci əsrin əvvəllərində aparılan arxeoloji tədqiqatlar zamanı dulusçuluq qəlpələrinin qalıqları aşkar edilib ki, onların üslubu Sennaheribin Laçişi mühasirəyə alması zamanına gedib çıxır.
Yaxın Şərq arxeoloqu Stiven Kompton Qüds düşərgəsi vəziyyətində, Kompton landşaftı öyrənmək üçün köhnə hava fotoşəkillərindən və 19-cu əsrin arxeoloji qazıntılarından əldə edilən materiallardan istifadə edib. O qeyd edib ki, 1881-1882-ci illərdə Fələstin Kəşfiyyat Fondu Məbəd dağının şimalında yerləşən Cebel əl-Mudavvara adlı yerdə divarlar aşkar edib.
19-cu əsr arxeoloqları buranın Roma düşərgəsi olduğuna inanırdılar, lakin qazıntı sübutları düşərgənin oval formada olduğunu göstərir.
"Roma hərbi düşərgələri düzbucaqlı idi, fotoşəkillər isə onun Assuriya düşərgəsinə uyğun olan oval düşərgə olduğunu göstərir", - deyə, arxeoloq qeyd edib.
Əgər Sennaherib Yerusəlimin mühasirəsi üçün düşərgə qurduğu yerdirsə, o, həm də Nob, çadırın yeri, Musa tərəfindən tikilmiş düşərgə ziyarətgahı ola bilər. İbranicə İncildə deyilir ki, çadır Nobda qurulub və Sennaherib Yerusəlimə hücum etmək üçün Nobda dayanıb. 1930-cu illərdə ingilislər həmin yerdə sursat anbarı tikdilər və o, "Munition Hill" kimi tanındı”.
1948-ci ildə İordaniya ordusu ərazidə əsgərlər yerləşdirərək burada bir sıra səngərlər və istehkamlar tikilib. 1967-ci ildə israillilərlə İordaniya qoşunları arasında qanlı döyüş baş verib. Nəticədə İsrail qoşunları təpəni ələ keçiriblər. Bu gün burada muzey və memorial kompleks fəaliyyət göstərir.
Cəmilə
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video






















.jpg)

















