Maraq dünyası
103 yaşlı veteran uzunömürlülüyün sirrini açdı: soda və şokolad
103 yaşını qeyd edən amerikalı veteran uzunömürlülüyün sirrini açıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Post” yazıb.
Frank Pugliano 1921-ci ildə İtaliyada anadan olub. Altı yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb. 1942-ci ildə Pugliano Hərbi Dəniz Qüvvələrinə yazılır və İkinci Dünya müharibəsinə gedir. Sakit okean cəbhəsində yaponlara qarşı vuruşaraq Filippin sahillərinə kimi gedib çıxır.
1945-ci ildə Pugliano ABŞ-a qayıdır və orta məktəbdə sevdiyi qızla evlənir. O, bütün ömrünü dizel mühərrikləri üzrə mexanik kimi çalışıb. Veteran 103-cü ad günündə uzunömürlülüyünün əsas səbəbi kimi “Coca-Cola”, soda və tünd şokolad sevgisini göstərib.
Pugliano qocalmasına baxmayaraq, müntəzəm olaraq həyətdəki otları biçir. O hesab edir ki, fiziki fəaliyyət uzunömürlülüyün əsas sirlərindən biridir.
“Bu, həyatımın ən böyük günüdür. Yaşadıqlarımı nəzərə alsaq, 103 yaşımda burada olacağımı heç düşünməzdim. Həyatın necə olacağını heç vaxt bilmirsən”, - o, ailəsi və dostlarının iştirak etdiyi ad günündə belə deyib.
Cəmilə
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

















.webp)



















