Maraq dünyası
Qadınların göz yaşının kişilərə görün hansı faydası var imiş
Alimlər göz yaşlarının kişilərdə aqressiyanı neytrallaşdıran gizli gücə malik ola biləcəyini irəli sürüblər.
Publika.az xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, qadınların göz yaşları kişi iştirakçılarda aqressiv davranışın və aqressivliklə bağlı beyin fəaliyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Göz yaşlarında olan kimyəvi siqnalların yaratdığı bu təsir laboratoriya siçanlarında sınaqdan keçirilib. Məlum olub ki, dişi siçanların göz yaşları erkəklər arasında aqressiyanı söndürən kimyəvi maddələr ifraz edir. Alimlər zəif erkəklərin bəzən necə ağlamağa başladığını da müşahidə ediblər ki, bu da dominant erkək gəmiricilərin onlara qarşı aqressiyasını azaldır.
Alimlər siçanlar üzərində təcrübə apardıqdan sonra kədərli filmlərə baxarkən ağlayan 6 qadın donorun göz yaşlarını toplayıblar. Sonra onlar 25 kişidən şans oyununda iştirak etməyi xahiş ediblər. İştirakçılar aldadılıb, başqa bir şəxsə qarşı oynadıqlarını düşünüblər. Əslində, onların rəqibi kompüter olub. Onlara digər oyunçunun pul itirməsinə səbəb olmaqla (özləri heç nə qazanmadan) geri qazanmaq imkanı təklif edilib.
Oyundan əvvəl kişilər ya qadınların göz yaşlarını, ya da plasebo - şoran məhlulu iyləyiblər. Hər iki qarışıq qoxusuzdur, buna görə fərqi ayırd edə bilmək olmur.
Nəticələr göstərib ki, bundan sonra rəqibdən qisas almaq məqsədi daşıyan aqressiya 43,7% azalıb. Bütün bunların etibarlılığını təsdiqləyən statistik təhlillər göstərib ki, təsadüfən belə bir nəticə əldə etmək ehtimalı cəmi 2,9% təşkil edir.
Araşdırma sübut edib ki, insan göz yaşları, xüsusən də aqressiyaya münasibətdə real kimyəvi siqnal effektinə malikdir. Maraqlıdır ki, gəmiricilərin burnunda sosial kimyəvi siqnalları aşkar edən vomeronazal orqan adlı xüsusi bir quruluş var. Amma insanlarda bu orqan yoxdur və onlar göz yaşlarını qoxusuz kimi qəbul edirlər. Bununla belə, tədqiqatçılar insanın 62 qoxu reseptorunu göz yaşlarına məruz qoyan bu reseptorlardan dördünün göz yaşlarına cavab olaraq aktivləşdiyini aşkar ediblər.
Tədqiqatçılar daha sonra funksional MRT yoxlamalarından istifadə edərək beyin fəaliyyətini araşdırıblar. Onlar göz yaşının qoxusundan sonra aqressiya ilə əlaqəli iki beyin strukturunda aktivliyin azaldığını aşkar ediblər.
Cəmilə
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu


















.jpg)




















