Maraq dünyası
Ən qəribə doğum üsulu: Meyit tabutda...
Tarix boyu qadınlar müxtəlif üsullarla körpələrini dünyaya gətirib, doğumlar ananın sağlamlıq vəziyyətinə uyğun üsulla həyata keçirilib. Ancaq bu üsullardan başqa eşidənləri heyrətləndirəcək bir doğum forması da qeydə alınıb. Bu, tabutda doğum üsuludur.
Publika.az xəbər verir ki, tabutda uşaq dünyaya gətirmə hadisəsi tarixdə ilk dəfə 1551-ci ildə İspaniyada qeydə alınıb. İnkvizisiyada mühakimə olunan gənc qadın asılaraq öldürülüb. Onun meyiti 4 saata yaxın asılı vəziyyətdə qaldıqdan sonra bədənindən iki körpə dünyaya gəlib.

Tarixdə ikinci oxşar hadisə 1650-ci ildə İngiltərədə baş verib. Emme Toplas adlı qadının dəfn edildikdən cəmi bir neçə saat sonra oğlan uşağı dünyaya gətirdiyi iddia edilir. Qeydlər göstərir ki, Emmenin məzarından ağlamaq səsi gəldikdən sonra körpə sağlam halda çıxarılıb.

Belə bir hadisə müasir dövrdə də qeydə alınıb. 2005-ci ildə Almaniyada 34 yaşlı qadın qadağan olunmuş maddələrin həddindən artıq dozası səbəbindən öz evində ölü tapılıb. Qadın ölüm anında 8 aylıq hamilə imiş. Bətndəki körpə anasının ölümündən sonra dünyaya gəlib.
Mütəxəssislərin fikrincə, bu, ölümdən sonra bədənin şişməsi və qarın boşluğunda yığılan qazların uşaqlığa təzyiq göstərməsi nəticəsində baş verir. Tarix boyu baş verən tabutda doğum halları nadir və faciəli doğum nümunələri kimi araşdırılmağa davam edir.
Roza Şəfiyeva
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
















.webp)





















