Maraq dünyası
Turistlərin çadırına "qonaq gedən" ayı öldürüldü
ABŞ-ın Alyaska ştatında qara baribal ayısı turistlərin olduğu çadıra girmək istəyərkən güllələnib.
Publika.az bildirir ki, bu barədə "KTUU-TV" xəbər yayıb.
ABŞ Meşə Xidmətinin əməkdaşı yırtıcını son anda dayandıra bilib. Çadırda olan insanlar xəsarət almayıb.
Bu, iyun ayında Alyaskada turistlərə qarşı ikinci ayı hücumudur. İyunun 14-də Portaj vadisində ayı kişi və qadının yatdığı çadırı parçalamış, sonra qaçmağı bacarmışdı.
Alyaska Balıq və Oyun Departamenti Portaj vadisində hücum edən ayının həmin ayının olub-olmadığını öyrənmək üçün vurulan heyvanın DNT-sini təhlil etməyi planlaşdırır. Departament rəsmilərinin sözlərinə görə, hər iki halda ayının davranışı eyni olub.
Baribal və ya qara ayı Şimali Amerikada ən çox yayılmış ayı növüdür. 1,4-2 metr uzunluğa çatır və 360 kiloqrama qədər çəkisi olur. Bu növ ayılar çox nadir hallarda insanlara hücum edirlər.
Adəm
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
















.webp)





















