Maraq dünyası
O, 157 il yaşadı... - Uzun ömür sürməyin sirrini açıqladı
Dünyanın ən uzunömürlü insanı olan Zaro Ağa 157 illik ömrünə 10 Osmanlı sultanı, 6 müharibə və 1 Prezident sığdırıb.
Publika.az xəbər verir ki, ən çox maraq doğuran suallardan biri də səhhətində heç bir problemlə qarşılaşmayan Zaro Ağanın bu qədər uzun ömür sürməsidir.
Eyni zamanda, I Əbdülhəmid, II Səlim, IV Mustafa, II Mahmud, Əbdülməcid, Əbdüləziz, V Murad, II Əbdülhəmid, Mehmet V Reşat və Vahdettini görüb. Türkiyə Cümhuriyyətinin elan edilməsi ilə Mustafa Kamal Atatürkün də prezident olmasının şahidi olub.
Dünyanın ən yaşlı adamı kimi tanınan Zaro Ağa bir çox qəzet manşetlərində, xüsusilə “New York Times” qəzetinə də adından söz etdirməyi bacarıb.
13 dəfə evlənən və 5-i qız olmaqla 13 uşağı olduğu deyilən Zaro Ağa 1934-cü il iyunun 19-da dünyasını dəyişib.
Mənbələrin verdiyi məlumata görə, o, uzun ömrün sirrini təbii qidalarla və hər gün müntəzəm olaraq qatıq yeməklə əlaqələndirib.
Aysel Şahmar

-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)






















