Maraq dünyası
VIII Henrixin itmiş portreti tapıldı
Böyük Britaniyada sənətşünas Adam Busyakeviç Kral VIII Henrixin itmiş portretini sosial şəbəkələrdə tapıb.
Publika.az CNN-nin məlumatına istinadən xəbər verir ki, Busyakeviç “X” sosial şəbəkəsində xəbər lentini vərəqləyərkən diqqətini izlədiyi bir adamın yazısı çəkib.
Uorvikşir leytenantı Tim Koks İlçe Şurasının yerləşdiyi “Warwick Shire Hall”da qəbulda idi. Mütəxəssisin diqqəti arxa plana yönəlib. Divarda onun şübhələndiyi kimi Tudor sülaləsindən olan monarx VIII Henrixin itkin şəkli asılıbmış.
Busyakeviç öz bloqunda divardakı rəsmi gördükdə dərhal onun yadına 1590-cı illərdə yerli siyasətçi və qobelen ustası tərəfindən sifariş edilmiş 22 portret seriyası düşüb.
Rəsmdə kralın 1839-cu ildə Henri Şou tərəfindən hazırlanmış Uzun Salonun oymasında göründüyü kimi əlində qılınc və tüklü papaq taxdığı göstərilir.
Busyakeviç rəsmə yaxından baxmaq üçün yerli tarixçi Aaron Manning ilə "Warwick Shire Hall"a gediblər. Ekspert bildirib ki, portret böyükdür və Şeldonun digər portretləri ilə tam uyğundur. Hazırda rəsm əsərinin mənşəyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
Adəm
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı













.webp)








.jpg)













