Maraq dünyası
Türkiyədə ərəblərə satmaq üçün tikilirdi: İflas edəcəkdi, ABŞ-dan investor gəldi və...
Mudurnuda 2011-ci ildə tikintisinə başlanılan 732 villa, bir ticarət mərkəzi, bir hotel və 2 konqres mərkəzinin yer aldığı layihə çərçivəsində qala tipli villalardan 580-nin tikintisi başa çatıb.
Publika.az xəbər verir ki, villalardan 350-si Qətər, Bəhreyn, Küveyt, Dubay və Səudiyyə Ərəbistanındakı müştərilərə satılıb. “Burj Al Babas” adlı layihənin sahibi olan “Sarot Thermal Group” ərəb müştərilərin aylıq ödənişləri vaxtında ödəməməsi və maliyyə problemləri səbəbiylə 2018-ci ildə məhkəməyə müraciət edib. İstanbul 3-cü Ticarət Məhkəməsi 2018-ci ilin sentyabrında “Sarot Group” çətiri altındakı 3 şirkətin iflası haqqında qərar çıxarıb.

Qala tipli memarlığı ilə diqqət çəkən layihə dayandırılıb. Layihə bütün dünyada memarlığı ilə məşhurlaşıb. Bu tikili YUNESKO-nun Mədəni İrs Siyahısına da namizəd olub. Daha sonra isə tikili Mudurnunun tarixi binalarına uyğun gəlmədiyi üçün tənqid edilib.
Daha sonra İstanbul Regional Ədliyyə Məhkəməsinin 17-ci Mülki Kollegiyası ötən il “Sarot Group”-na məxsus 3 şirkətə qarşı çıxarılmış iflas qərarını ləğv edərək, satış icazəsi verib.

ABŞ-da yerləşən “Nova Group Holding” şirkəti tikintisi yarımçıq qalmış “Burj Al Babas”ı tamamlamaq üçün investor olmaq təşəbbüsü ilə çıxış edib. “Nova Group” və “Sarot Group” nümayəndələri layihəni başa çatdırmaq üçün Ankarada bir araya gəliblər.

“Nova Group Holding”in baş direktoru Müjdət Gülər layihənin keçmiş sahibləri və daşınmaz əmlak alan şəxslər üçün heç bir problem olmadığını bildirib:
“Satışla bağlı hüquqi proses davam edir. Bura Türkiyə turizminə böyük töhfə verəcək”.
Gülər proses tamamlandıqdan sonra lazımi açıqlama verəcəklərini vurğulayıb.
Aysel Şahmar
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)













