Maraq dünyası
Kökəlməyin, yoxsa arvad sizdən "əlaqə pulu" alar - Boşanan bu kişi kimi
Tayvanda bir kişi boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Səbəb isə arvadının cinsi əlaqə üçün ondan pul tələb etməsi olub.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning News" məlumat yayıb.
Çin mediasının Hao kimi təqdim etdiyi kişi və Xuan adlı qadın 2014-cü ildə evlənib və iki övladları var. 2017-ci ildən bəri Xuan ayda bir dəfədən çox olmayan cinsi əlaqədə olub və 2019-cu ildə əri ilə intim münasibətləri tamamilə dayandırıb. Qohumları ilə söhbətində onu bacarıqsız adlandırıb və çox kökəldiyini bildirib.
2021-ci ildə Hao boşanmaq qərarına gəlib, lakin Xuan onun bu ideyadan əl çəkməsinə nail ola bilib. Kişi boşanmadan vaz keçib, lakin yenə də münasibətləri yaxşılaşmayıb. Nə vaxt cinsi əlaqədə olmaq, hətta sadəcə danışmaq istəsəydi, qadın ondan pul - 500 Yeni Tayvan dolları alırmış.
2024-cü ildə Hao yenidən boşanmaq üçün ərizə verib. Məhkəmədə o, 2 ildir həyat yoldaşı ilə danışmadığını bildirib. Onlar sırf messencer vasitəsilə və yalnız zəruri hallarda əlaqə saxlayıblar.
Hakim kişinin tərəfini tutaraq nikahı pozub. Xuan bu qərardan növbəti məhkəməyə şikayət etməyə çalışsa da, şikayəti rədd edilib.
Adəm
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)













