Maraq dünyası
“Pulsuzdur” dedi, əhali tarlaya axışdı: Tam 600 ton - FOTO
Türkiyənin Manisa rayonunda bir fermer təxminən 600 ton yemiş və qarpızı pulsuz paylayıb.
Publika.az xəbər verir ki, bu bostanın ərsəyə gəlməsində 3 ortaq tərəfindən 1,5 milyon lirə (təxminən 76 min manat) xərclənib.
Lakin sahəyə gələn alıcılar 100-300 min lirə (təxminən 5-15 min manat) arasında qiymətlər təklif edib. Bu səbəbdən ortaqlar məhsullarını bu qiymətə satmaq əvəzinə, xalqa pulsuz paylamağa qərar verib.
Onlar sosial media hesablarında bununla bağlı elan veriblər. Xəbər tutan vətəndaşlar sahəyə axın ediblər.

Ortaqlardan olan Ahmet Akbaş vətəndaşların tarladan yemiş və qarpız yığdığına sevindiyini bildirib: "Bura 220 hektar torpaqdır. Bunun təxminən 65 hektarında yemiş, qalan hissəsində isə qarpız əkmişik. Məhsul yığımı vaxtı gələndə alıcılardan tələblər gəlməyə başladı.
Amma hamısı gülünc rəqəmlər təklif edirdilər. Zəhmətlə yetişdirdiyimiz məhsulu bu qiymətə satmaqdansa, vətəndaşlarımıza paylamaq istədik. Bizim gözləntimiz 300-350 ton idi, lakin tarlada 600 tondan artıq bostan məhsulunun olduğunu gördük".
Roza Şəfiyeva
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)













