Maraq dünyası
Yadplanetli mumiyalarda telefona bənzər metal əşyalar tapıldı
Meksikadan olan jurnalist və ufoloq Xayme Maussan yadplanetli hesab etdiyi sirli mumiyalarla bağlı açıqlamaları ilə yenidən diqqətləri üzərinə çəkib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb. 2023-cü ilin sentyabrında Maussan "yadplanetli" adlandırdığı qalıqları təqdim etdi. O, Peru səhrasında tapılan mumiyaların yad varlıqlara aid olduğunu iddia edib və hətta ABŞ Konqresində tapıntılarını nümayiş etdirib. Onun sözlərinə görə, bu mumiyaların DNT-si insan DNT-sindən 30 faiz fərqlənir. Lakin Peru məhkəmə-tibb eksperti daha sonra müəyyən edib ki, mumiyalarda heyvan və insan sümükləri var.
Buna baxmayaraq, Maussan bunların saxta deyil, əsl yadplanetlilər olduğunu iddia etməkdə davam edir. O, bu yaxınlarda iddia edib ki, şübhəli yadplanetlilərin sinələrinə cib telefonlarına bənzər əşyalar taxılıb. Onun sözlərinə görə, bunlar kosmik sənayedə istifadə olunan nadir zəhərli metal olan osmiumdan hazırlanmış metal lövhələrdir. Maussan bunun kommunikasiya cihazı olduğunu bildirir və istisna etmir ki, mütəxəssislər bu cihazların niyə bədənin içərisinə düşdüyünü anlamalı olacaqlar.
Maussan əmindir ki, osmiumun mövcudluğu saxtakarlıq nəzəriyyələrini təkzib edir. "Saxta bir şey hazırlasaydınız, belə nadir metaldan istifadə edərdinizmi?" – ufoloq soruşub.
Tural
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)













