Maraq dünyası
Rusiyada qəribə təbiət hadisəsi: Üzən ada - VİDEO
Yakutiyanın Ust-Aldan bölgəsində qeyri-adi bir təbiət hadisəsi müşahidə edilib. Göldə yerləşən adalar üzür.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli sakin Aleksandr Rumyantsev görüntüləri çəkib və sosial mediada paylaşıb.
O deyib ki, üzən adaların göründüyü göl İlimitte adlanır. O, Aldan çayının o tayında yerləşir.
“Bu il uşaqlarımız üzən adaların foto və videolarını çəkdilər. Əslində onlar həmişə bu göldə olublar. Kolxozda böyük əmim İosif Rumyantsev bu adalardan ot biçib. Bu adaların səthi kifayət qədər möhkəmdir və insanın ağırlığını daşıya bilir”, - Rumyantsev bildirib.
O deyib ki, hər il bu yerə gəlir, çünki gölün yaxınlığında nənə və babasının işlədiyi kolxoz olub.
Bioloji Problemlər İnstitutu bu təbiət hadisəsini şərh edərək, yarımsu bitkilərinin bağlanması nəticəsində üzən adaların əmələ gəldiyini bildirib. Onlar öz köklərini bir-birinə bağlayır və su anbarının səthində ada kimi bir şey yaradırlar. Orada mamırlar və bəzi çiçəklər əmələ gəlir.
Adəm
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)













