Maraq dünyası
Jirinovski işgəncəsini və ölümünü qabaqcadan görüb: Oğlu elə şeylər danışdı ki...
Rusiyanın Liberal-Demokrat Partiyasının mərhum sədri Vladimir Jirinovskinin qeyri-qanuni oğlu siyasətçinin ölümündən bir müddət əvvəlki vəziyyəti ilə bağlı təfərrüatları danışıb. Jirinovski koronavirus səbəbi ilə ağciyərlərini ciddi zədələyib. O, süni nəfəs aparatına qoşulub və komada olub.
Publika.az xəbər verir ki, siyasətçinin ən gənc varisi Oleq Eydelşteyn NTV-nin jurnalistləri ilə "Yeni rus sensasiyaları" proqramı çərçivəsində atasının xəstəxanada işgəncələrə məruz qaldığını etiraf edib.
“Onun başına gələn ən pis şey yataq xəstəsi kimi bağlanmaq idi. Çünki ona boru qoşulmuşdu və onu qaparmaq istəyirdi. Bəzən o, yatanda mən gizlicə onu açırdım”, - Jirinovskinin qeyri-qanuni oğlu paylaşıb.
Onun sözlərinə görə, atası həmişə öz vəziyyəti haqqında məlumatın yayılmasının əleyhinə olub.
"StarHit"in məlumatına görə, Jirinovskinin oğlu deyib ki, o, hətta xəstəliyi barədə mediadan məlumat alıb.
"Mənə elə gəlir ki, o xəstə yatağında iki ay əzab çəkəcəyini qabaqcadan görmüşdü", - deyə varis bildirib.
"Baxmayaraq ki, Vladimir Jirinovski bütün həyatı boyu şöhrətli və tanınmış biri olub, ən çox əziyyət çəkdiyi şey "sirr dostları"nın olmaması olub" deyən Oleq Eydelşteyn əlavə edib ki, onun paylaşacağı və ya ünsiyyət quracağı heç kimi yox idi.
Adəm Abbaslı
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir





















.jpg)






.jpg)











