Maraq dünyası
Romantik partnyora ehtiyac: Alimlər sevişməyin vaxtını təyin etdi
Cənubi Uels Universitetinin avstraliyalı alimləri müəyyən ediblər ki, soyuq mövsümün gəlişi ilə insanlar romantik partnyor axtarışında olurlar. Bunu isə çox vaxt kişilər edir, ancaq bu şəkildə qurulan münasibətlər uzun sürməyə bilər.
Publika.az xəbər verir ki, araşdırma "The Conversation"da dərc edilib.
Mütəxəssislərin qənaətləri sosial şəbəkələrdə tanışlıq xidmətləri istifadəçilərinin aktivliyi ilə bağlı məlumatlara əsaslanır. Belə ki, hər ilin oktyabr və noyabr aylarında yeni profillərin qeydiyyatı artır.
Bundan əlavə, polşalı tədqiqatçıların əvvəlki araşdırmaları kişilərin qadın cəlbediciliyi ilə bağlı mühakimələrinin mövsümdən asılı olaraq dəyişdiyini göstərib. 114 iştirakçı arasında aparılan sorğuda qadınların qış aylarında kişilərə daha çox cəlb olunduğu məlum olub.
Alimlərin fikrincə, bu davranış qismən kişi orqanizmində testosteron səviyyəsinin dəyişməsi ilə izah olunur. Ümumiyyətlə, testosteron səviyyə isti, günəşli havalarda azalır və soyuq, qaranlıq aylarda yüksəlir.
Bundan əlavə, payız və qışda romantik tərəfdaş tapmaq istəyi toxunma ehtiyacları ilə əlaqəli ola bilər. Qucaqlaşmalar və mehriban toxunuşlar stress hormonu kortizolun ifrazını azaldır və sevgi hormonu oksitosinin ifrazını stimullaşdırır, özünüzü daha yaxşı və sakit hiss etməyə kömək edir.
Alimlər qeyd ediblər ki, qış romantikası kövrək ola və məyusluqla yekunlaşa bilər, buna görə də onların iştirakçıları bir-birləri ilə dürüst davranmalıdır.
Adəm
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var















.jpg)








.jpg)













