Maraq dünyası
“Simpsonlar” tarixi hadisələri necə öncədən bilir? - Serialın rejissoru həqiqətləri açdı
Bütün dünyanın maraqla izlədiyi ABŞ istehsalı olan “Simpsonlar” serialı dünyanı sarsıdan hadisələri əvvəlcədən bildiyi üçün daim gündəmdədir.
Publika.az xəbər verir ki, tamaşaçılar serialın hər şeyi necə bildiyi ilə maraqlanarkən rejissor Mett Selman illər sonra məsələyə aydınlıq gətirib.
Televiziya dünyasının ən uzunömürlü seriallarından biri olan “Simpsonlar” 1989-cu ildən bəri 36-cı mövsümünü nümayiş etdirir. Serial adi bir Amerika ailəsinin həyatından bəhs edir. Homer və Marj cütlüyünün Bart, Liza və Meqqi adlı uşaqları ilə birlikdə baş verən hadisələrdən bəhs edilir.

Uzun illərdir ki, serial gələcək hadisələri öncədən bilməklə bütün dünyada maraq oyadıb. 11 Sentyabr hücumları, Donald Trampın ABŞ prezidenti olması, koronavirus pandemiyası və bir çox başqa hadisələr illər əvvəl serialda müzakirə edilib.

Məşhurluğunu itirməyən serialın rejissoru Mett Selman serialdakı mövzuların real həyatda baş verməsinin normal olduğunu bildirib:
“Hər zaman verdiyim cavab budur ki, tarix və riyaziyyat oxusanız, bunu özünüz biləcəksiniz. Riyaziyyat həyatın bir hissəsidir. Bəşəriyyətin keçmiş axmaqlıqlarını araşdıraraq serial çəksəniz, bəşəriyyətin gələcək axmaqlıqlarını təxmin edəcəksiniz”.
Aysel
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq




























.jpg)









