Maraq dünyası
Pişiklərin qeyri-adi bacarığı üzə çıxdı
Məlum olub ki, pişiklər heç təlim olmadan sözləri şəkillərlə əlaqələndirə bilirlər. Onlar sözləri və fotoşəkilləri bir-biri ilə uyğunlaşdıra bilirlər.
Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın “Azabu” Universitetinin tədqiqatçıları araşdırma aparıblar.
31 yetkin ev pişiyi ilə aparılan təcrübədə onlara körpələrin dil inkişafı araşdırmalarında istifadə edilən test tətbiq edilib. Pişiklərə "keraru" və "parumo" kimi iki mənasız sözlə əlaqəli qısa animasiyalar göstərilib. Bu vaxt mexaniki səs sözləri deyərkən ekranda onlarla əlaqələndirilmiş günəş və ya buludların təsvirləri nümayiş olunub.
Fasilədən sonra pişiklər yenidən ekrana gətirilib. Lakin bu dəfə sözlərlə qoşalaşmış şəkillərin yeri dəyişib. Alimlər pişiklərin reaksiyalarını diqqətlə araşdırıb və qeyd ediblər ki, pişiklər ilk dəfə olduğundan daha uzun müddət ekrana baxıb və göz bəbəkləri genişlənib.
Tədqiqatçıların fikrincə, pişiklərin bu davranışı onların eşitdikləri sözlərlə təsvirlər arasında mükafat və ya təlim olmadan əlaqə qurduğunu göstərir. Üstəlik, bu əlaqənin körpələrə nisbətən daha tez qurulduğu vurğulanır.
Tədqiqat “Scientific Reports” jurnalında dərc olunub.
Roza
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”






































