Maraq dünyası
Arzular gerçəkləşir: Avtomobil kimi idarə olunan təyyarə buraxılacaq
Təyyarəni idarə etmək çətin və mürəkkəb proses olduğu üçün bu iş ancaq seçilmiş insanlara həvalə olunur. Onu idarə etmək arzusunda olanlar isə "ağzı ayrıq" göyə baxırlar. Amma artıq bu arzu bir az da olsa reallaşa bilər. Belə ki, mütəxəssislər avtomobil kimi də idarə oluna bilən unikal təyyarə üzərində işləyirlər. Sadələşdirilmiş idarəetmə sistemi olan "Airhart Sling" təyyarəsinin yaradılması üzərində Kaliforniyanın "Airhart Aeronautics" şirkətinin mütəxəssisləri çalışır. Onun dörd yerlik prototipi hazırda tamamlanmaq üzrədir.
Publika.az “Techkult”a istinadən xəbər verir ki, tərtibatçılar mövcud "Sling Aircraft TSi" modelini əsas götürüblər və bu modeldə idarəetmə sistemini əsaslı şəkildə yenidən dizayn etmək niyyətindədirlər. Xüsusilə, sükan və sükan istiqaməti pedallar keçmişdə qalacaq, onlar djoystiklə əvəz olunacaq.
Pilotdan tələb olunan tək şey idarəedicinin qolunu uçuş istiqamətində hərəkət etdirməkdir və bort kompüteri manevri yerinə yetirmək üçün lazımi idarəetmə əmrlərini mühərrikə və sükanlara ötürəcək.
Həmçinin gözlənilir ki, təyyarənin sistemləri avtomatik olaraq bütün radio mesajlarını kabinənin displeyində göstərilən mətnə çevirəcək. Gələcəkdə sistemlə operator arasında rabitə səs rejimində həyata keçirilə bilər.
“Airhart Aeronautics” şirkətinin baş direktoru Nikita Ermoşkinin sözlərinə görə, proqram təminatının nasazlığı zamanı təyyarənin bütün vacib sistemlərində ehtiyat sxemləri var və hər şey uğursuz olarsa, təyyarə paraşütlə yerə düşəcək.
Şirkət artıq 500 min dollar dəyərində 50 avtomobil üçün sifariş alıb.
Adəm
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO












.jpg)












.jpg)













